Ukraynada pandemiya ərzində 5 449 nəfər koronavirusa yoluxub, onlardan 358-i uşaqlardır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, koronavirusa yoluxanların 1 031 nəfəri tibb işçiləridir.
Ölkədə virusa yoluxmuş 347 nəfər sağalıb, 141 nəfər pandemiyanın qurbanı olub.
Report
