Ukraynalı futbolçu Vyaçeslav Şarpar 39 yaşında vəfat edib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
“2 iyunda ad gününü qaeyd edən oyunçu eyni tarixdə Yunanıstanın Lutraki şəhərində dənizdə boğulub. Onun cəsədi iyunun 11-də tapılıb”, – deyə bildirilib.
Məlumata görə, futbolçunun dörd övladı var.
Qeyd edək ki, Vyaçeslav Şarpar Ukraynanın “Volın”, “Vorskla”, “Arsenal Kiyev”, “Metallist” və “Metalurh” kimi komandalarında oynayıb.
O, həmçinin Moldovada “Şerif” və Latviyanın “Riqa” klublarında oynayıb və yerli çempionluğu qazanıb. Şarparın yeganə beynəlxalq oyunu 2007-ci ildə iki oyun keçirən Ukraynanın gənclər komandasında olub.
