Ukraynalı güləşçi rusiyalı həmkarı ilə şəkil çəkdirməkdən imtina etdibackend

Ukraynalı güləşçi rusiyalı həmkarı ilə şəkil çəkdirməkdən imtina etdi

Güləş üzrə dünya çempionatında ukraynalı Vasili Mixaylov qızıl medal qazanan rusiyalı Əhməd Usmanovla şəkil çəkdirməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, rusiyalı idmançı Əhməd Usmanov Serbiyada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanıb. Gürcüstanlı Vladimir Qamkrelidze gümüş, iranlı Məhəmməd Noxodarimi və ukraynalı Vasili Mixaylov isə bürünc medala layiq görülüblər.

Daha sonra mükafatlandırma mərasimi baş tutub.

Mükafatlandırma mərasimindən sonra qaliblər birgə şəkil çəkdirmək üçün toplaşıblar, lakin Mixaylov bundan imtina edib.

O, qızıl medal qazanan rusiyalı idmançı Əhməd Usmanovla şəkil çəkdirmək istəməyib.

Burhan,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*