“Hazırkı prezident Co Baydenin başçılıq etdiyi ABŞ administrasiyası ölkəni III Dünya Müharibəsinə sürükləyir”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp videomüraciətində bildirib.
O hesab edir ki, bu, ABŞ-ın hazırkı prezidentinin ailəsinə milyonlarla dollar ödəyən Çinin maraqlarına uyğundur.
Tramp hətta Ukraynanı NATO-ya qəbul etmək ideyasını dəlilik adlandırıb.
Burhan,
KONKRET.az
