Ukraynada genişmiqyaslı hava hücumu elan edilib.
KONKRET.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, xəbərdarlıq bütün ölkə ərazisində elan edilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın MiQ-31K qırıcısının havaya qalxması barədə məlumat yayıb. Monitorinq kanallarının məlumatına görə, yalnız iki belə təyyarə havaya qalxıb, onlar Savaşleyka aerodromundan qaldırılıb.
Burhan,
KONKRET.az
