Göyçə gölündə batan ukraynalı diplomatın şəxsiyyəti məlum oldu – Yenilənibbackend

Göyçə gölündə batan ukraynalı diplomatın şəxsiyyəti məlum oldu - Yenilənib

Avqustun 13-ü Göyçə gölündə batan ukraynalı diplomatın kim olduğu məlum olub.

KONKRET.az xəbər verir ki, həmin şəxs Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenkodur. O, 2022-ci ildən Ermənistanda diplomatik xidmətə başlayıb.

***

10:34

Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə (Sevan) gölündə batıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “shamshyan.com” portalı yayıb.

Məlumata görə, xilasedicilər göldə batan həmin şəxsi sudan çıxarsalar da, onun artıq öldüyü məlum olub. Sözügedən şəxsin adı açıqlanmayıb.

Məsələ ilə bağlı cinayət işi başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*