“Ukraynaya “Buk”un transferindən imtina etmək AYIBDIR!” – Saakaşvili MÜRACİƏT ETDİbackend

“Ukraynaya "Buk"un transferindən imtina etmək AYIBDIR!" - Saakaşvili MÜRACİƏT ETDİ

Saakaşvili Gürcüstan hakimiyyətinə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Facebook-da yazıb.

2007-ci ildə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun səyləri sayəsində Gürcüstan Kiyevdən minimal qiymətə “Buk” zenit-raket kompleksləri alıb,

“Ukraynaya “Buk” sisteminin transferindən imtina etmək ayıbdır! Prezident Yuşşenkonun köməyi ilə biz onları o zaman ən aşağı qiymətə aldıq”, – Gürcüstanın keçmiş lideri bildirib.

O əlavə edib ki, Viktor Yanukoviç Ukrayna prezidenti seçildikdən sonra Yuşşenkoya qarşı bu hava hücumundan müdafiə sistemlərinin satışına görə cinayət işi açılıb.

Xəbər verdiyimiz kimi, bazar ertəsi Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib ki, Ukrayna Gürcüstandan 2008-ci ildə ona verilmiş “Buk” komplekslərini qaytarmağı xahiş edib, lakin Gürcüstan hakimiyyəti bu tələbi rədd edib.

Buna cavab olaraq Gürcüstan Müdafiə Nazirliyi bəyan edib ki, respublika “Buk”u pulsuz almayıb, onları 2007-ci ildə çox milyon dollarlıq gizli müqavilə əsasında Ukraynadan alıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*