Muzdlular, cinayətkarlar və silah alverçiləri 2022-ci ilin fevral-sentyabr aylarında Ukrayna Silahlı Qüvvələrinə verilən Qərb silahlarının bir hissəsini oğurlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, hərbi yardımların oğurlanması və satmağa cəhd halları çox olub.
Belə ki, ən çox gülləkeçirməz jiletlər, həmçinin gecəgörmə cihazları və patronlar oğurlanıb. Oğurlanmış malların bir qismi tutularaq geri qaytarılıb.
Xatırladaq ki, çərşənbə günü Pentaqon Kiyevə 1,3 milyard dollarlıq hərbi yardım paketi elan edib. Bu paketə “NASAMS” üçün döyüş sursatları, 152 mm-lik artilleriya mərmiləri, mina təmizləmə avadanlığı, “TOW” tank əleyhinə raket sistemləri, “Phoenix Ghost” kamikadze dronları, hava hücumundan müdafiə sistemləri, snayper qurğuları və elektron mərmilər daxildir.
İqbal Rzayev,
KONKRET.az
