“Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur” – Aqil Abbasdan SƏRT TƏNQİDbackend

"Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur” - Aqil Abbasdan SƏRT TƏNQİD

“Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Ona görə, əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil”.

KONKRET.az-ın məlumatına görə, bunu Parlamentin bugünkü iclasında millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, sanki Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdır:

“Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir, nazirliyin yerlərdəki baş həkimləri ,güya, əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Deputatın bu sözlərinə spiker Sahibə Qafarova etiraz edərək Səhiyyə Nazirliyinin əlindən gələni etdiyini bildirib:

“Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edirlər. Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur fikri yanlışdır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*