Universitet tələbələri geyimlərinə görə döyülür – İRANDAbackend

Universitet tələbələri geyimlərinə görə döyülür - İRANDA

İranda universitet tələbələri geyimlərinə görə polis işçiləri tərəfindən döyülür

İranda “Hərasət” adlanan dövlət orqanının universitetlərdə öyrəncilərə qarşı basqıları artıb.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə iranlı öyrəncilərin BBC telekanalına göndərdikləri məktublarda məlumat verilir.

Ötən həftə Tehranın Elm və Sənaye Universitetində öyrəncilər əslində mühafizə xidməti sayılan “Hərasət”in onlara qarşı basqılarının artmasına qarşı mitinq keçirmişdilər.

Onlar bildirirdilər ki, bir müddət əvvəl isə öyrəncilərdən biri “Hərasət”in əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb. Bundan başqa, sosial şəbəkələrdə də iranlı öyrəncilər oxşar məlumatlar yayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*