Uşaqlara dair 10 illik strategiya təsdiqləndibackend

Uşaqlara dair 10 illik strategiya təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Sərəncama əsasən Nazirlər Kabineti strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*