Uşaqlara ödənişsiz psixoloji yardım ediləcəkbackend

Uşaqlara ödənişsiz psixoloji yardım ediləcək

Məktəbəqədər təhsil sahəsində uşaqlar ödənişsiz psixoloji yardım almaq hüququna malik olacaqlar.

KONKRET.az-ın məlumatına görə, bu, “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanundan məktəbəqədər təhsil sahəsində uşaqların çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almasına dair müddəanın isə çıxarılması təklif olunur.

Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*