Uşaqlarla bağlı yeni qadağa gəlir? – Deputat açıqladıbackend

Uşaqlarla bağlı yeni qadağa gəlir? – Deputat açıqladı

Uşaqların müxtəlif ictimai məkanlara girişinə münasibətdə fərqli yanaşmalar müzakirə olunur. Bildirilir ki, əgər məscidə uşağın buraxılması ilə bağlı məhdudiyyət varsa, digər məkanlarla bağlı da eyni meyarlar tətbiq edilsə yaxşı olar.

Uşaqların spirtli içki qəbul edilən məkanlara aparılmasına görə valideynlərin və ya məkan sahiblərinin məsuliyyətə cəlb olunması məqsədəuyğundurmu?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu məsələ ilə bağlı ciddi tənzimlənməyə ehtiyac var:

“Spirtli içkilərin və tütün məmulatlarının satıldığı və ya istifadə olunduğu məkanlara uşaqların girişinin məhdudlaşdırılması onların gələcəyinin qorunması baxımından vacibdir. Düşünürəm ki, bu məsələyə cəmiyyətdə ciddi bir ziddiyyətli yanaşma da yoxdur. Xüsusilə uşaqların müxtəlif zərərli təsirlərin, o cümlədən dini fanatizmin, insan alverinin və digər təhlükələrin qurbanına çevrildiyi halları nəzərə alsaq, onların bu cür mənfi təsirlərdən qorunmasının yolları düşünülməlidir”.

Deputatın fikrincə, bu istiqamətdə konkret addımların atılması zəruridir:

“Hesab edirəm ki, qanunvericilikdə də uşaqların müdafiəsinə yönəlmiş müəyyən qoruyucu mexanizmlər mövcuddur və onların daha da gücləndirilməsi vacibdir. Əsas məqsəd uşaqların zərərli vərdişlərə və mənfi təsirlərə yoluxmasının qarşısını almaq, onların sağlam və daha işıqlı gələcəyini təmin etmək olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*