ÜST-dən meymun çiçəyi ilə bağlı AÇIQLAMAbackend

ÜST-dən meymun çiçəyi ilə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə meymun çiçəyinə 92 təsdiqlənmiş və 28 şübhəli halı var.  ÜST bazar günü Twitter-də elan edib ki, onlar 12 qeyri-endemik ölkədə qeydə alınıb.

KONKRET.az TASS-a istinadən bildirir ki, yoluxma ilə yoluxmuş şəxslərin meymun çiçəyinin endemik olduğu bölgəyə səyahəti arasında əlaqə qurulmayıb.

Təşkilat vurğulayıb ki, endemik ölkələrə səfər etməyən insanlarda xəstəliyin aşkarlanması “çox qeyri-adi hadisədir”. İnfeksiya xəstə və sağlam insanlar arasında sıx fiziki təmasda baş verir.

“Hazırda mövcud olan məlumata görə, halların əksəriyyəti kişilərlə cinsi əlaqədə olan və ilkin tibbi yardım müəssisələrinə və cinsi sağlamlıq klinikalarına müraciət edən kişilər arasında aşkarlanıb”, – məlumatda deyilir.

ÜST xatırladıb ki, meymun çiçəyi Benin, Qabon, Qana, Konqo Demokratik Respublikası, Kamerun, Kot-d’İvuar, Liberiya, Nigeriya, Konqo Respublikası, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudanda endemikdir. ÜST meymun çiçəyinə yoluxma hallarının aşkar edildiyi qeyri-endemik ölkələrdə epidemioloji vəziyyətə nəzarəti davam etdirməyi tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*