Üzeyir Mehdizadə xəsarət aldı – Sənətçiyə 12 tikiş vuruldu – FOTObackend

Üzeyir Mehdizadə xəsarət aldı - Sənətçiyə 12 tikiş vuruldu - FOTO

Müğənni Üzeyir Mehdizadə xəsarət alıb. 

KONKRET.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında sənətçinin prodüseri İlqar bəy deyib. O, hazırda Mehdizadənin səhhətinin yaxşı olduğunu qeyd edib:

“Üzeyir bəy evdə olarkən stəkan sınıb, əlini kəsib. Təcili tibbi yardım göstərilərək 12 tikiş vurulub. Hazırda səhhəti normaldır. Evindədir”.

Xatırladaq ki, ifaçı sosial şəbəkə hesabında zədə alması, səhhəti haqqında paylaşım etmişdi: “Mənə görə narahat olan dostlar, hər birinizə ayrı-ayrılıqda cavab verə bilməsəm də, maraqlandığınız üçün təşəkkür edirəm. Narahat olmayın, yüngül zədə almışam. Hər şey yaxşıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*