“Reddit” istifadəçisi öz bloqunda valehedici dağ mənzərələri olan şəhərlərin xəritəsini paylaşıb.
KONKRET.az xəbər verir ki, müəllif xəritəni hazırlamaq üçün dağ silsilələrinin hündürlüyünü təhlil edib.
Onun sözlərinə görə, dağlar nə qədər hündür və yamac nə qədər dik olsa, mənzərə bir o qədər valehedici olur.
Xəritənin müəllifi əhalisi 100 min nəfərdən çox olan böyük şəhərləri bir neçə yerə ayırıb:
Belə ki, o, mənzərəyə görə şəhərləri S,A,B,C,D,F kateqoriyasına bölüb.
Almatı, Katmandu, Santyaqo, Tehran, Kabil, Lhasa, Monterrey (Meksika), Provo (Yuta, ABŞ), Takoma (Vaşinqton, ABŞ) “A” kateqoriyasında yer alıb. Bunlar dağların hündürlüyü dəniz səviyyəsindən 200-500 metr arası olan şəhərlərdir.
Ən yaxşı 5 mənzərəli şəhərə isə Nepaldan Pokxara, Fransadan Şamonix, İsveçrədən Zermatt, Kaliforniyadan Yosemit Vadisi və Avstriyadan İnsbruk daxil olub.
Relyefinə görə dağların görünmədiyi şəhərlər arasında İstanbul, Ciddə, San-Fransisko, Kvebek, Mumbay, Brisben və Pittsburq (ABŞ) yer alıb.
London, Paris, Nyu-York, Dubay və Şanxay (0-dan 10 metrə qədər) ən aşağı “F” kateqoriyasına daxil edilib.

İqbal Rzayev,
KONKRET.az
