Valentina Antonenko Prezident İlham Əliyevi təbrik etdibackend

Valentina Antonenko Prezident İlham Əliyevi təbrik etdi

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi təbrik edirəm.

Allah bütün dualarınızı qəbul etsin, evinizdə həmişə sevinc və hüzur hökm sürsün.

Sizə və doğmalarınıza cansağlığı və xoşbəxtlik, ölkənizə firavanlıq, əmin-amanlıq, zəmanəmizin böyük dövlət rəhbəri və görkəmli siyasi xadimi kimi bütün gücünüzü daha parlaq gələcəyinə sərf etdiyiniz xalqınıza rifah arzulayıram.

Çox hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək görkəmli ananız Zərifə xanımın adını daşıyan liseyimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkürümü bildirim. Xeyirxahlığınıza, xoş münasibətinizə görə ömrümün sonuna qədər Sizə dua edəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*