Van der Sar beyin qanaması keçirdibackend

Van der Sar beyin qanaması keçirdi

Əfsanəvi niderlandlı qapıçı Edvin van der Sar Xorvatiyada istirahətdə olarkən beyin qanaması keçirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş qapıçı helikopterlə xəstəxanaya aparılıb, hazırda reanimasiyadadır.

Qeyd edək ki, 52 yaşlı qolkiper karyerası boyu “Ayaks”, “Yuventus”, “Fulhem” və “Mançester Yunayted”də çıxış edib. 2016-cı ilin noyabrından 2023-cü ilin may ayına qədər o, “Ayaks”ın baş direktoru vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*