Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı – Yeni iş yeri açıqlandıbackend

Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı - Yeni iş yeri açıqlandı

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

KONKRET.az NOCOMMENT-ə istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.

Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.

Çox güman ki, Tanrıverdi Mustafayevi yaxın günlərdə tutduğu vəzifədən uzaqlaşdırmaq qərarına gəliblər. Vaqif Aydınoğlu da işi tam mənimsəmək üçün müavin vəzifəsində bir müddət uzun illərin təcrübəsini özündə cəmləmiş Tanrıverdi Mustafayevin iş fəaliyyətini yaxından izləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*