“Vaqner” PMC-nin Belarusdakı düşərgəsi sökülür – FOTObackend

"Vaqner" PMC-nin Belarusdakı düşərgəsi sökülür - FOTO

Belarusun Mogilyov vilayətindəki Osipoviçi yaxınlığındakı “Vaqner” PMC düşərgəsi sökülür

KONKRET.az bu barədə “Azadlıq” radiosunun Belarus xidmətinə istinadən məlumat verir.

Nəşrin hesablamalarına görə, düşərgənin şimal hissəsində 129-a yaxın çadır yerləşdirilib, onlardan 65-i sökülüb. Düşərgənin qərb hissəsində 64 çadırdan 27-si, mərkəzi hissədə 80-dən 9-u sökülüb. Beləliklə, 273 yaşayış çadırından 101-ə yaxını sökülüb.

Nəşrin yazdığına görə, çadırların sökülməsi prosesi avqustun 1-dən başlayıb. Avqustun 14-ə aid fotoda sökülməyə başlayan bir neçə çadır əks olunub. Eyni zamanda, ötən gecə düşərgənin yaxınlığında internetdə fasilələr qeydə alınıb.

“Azadlıq” radiosunun Belarus xidməti redaksiyanın əldə etdiyi peyk görüntülərinə istinadən bildirir ki, Belarusun digər poliqonları və hərbi hissələrinin ərazisində yeni çadır şəhərcikləri tikilməyib.

Лагерь ЧВК "Вагнер" в Беларуси демонтируют

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*