Vardanyan Arayikin təklifini QƏBUL ETDİbackend

Vardanyan Arayikin təklifini QƏBUL ETDİ

Ruben Vardanyan Qarabağdakı qondarma rejimin “dövlət naziri” olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Vardanyan Facebookda yazıb. O, noyabrın əvvəlindən Artak Beqlaryanı əvəz edəcək.

Rusiya vətəndaşlığından imtina edən, “Qarabağı xilas etmək naminə” bir müddət əvvəl Xankəndidə məskunlaşan milyarder Ruben Vardanyan separatçı rejimin başçısı Arayik Arutyunyanın ona təklif etdiyi “yüksək vəzifə”ni qəbul edib.

“Noyabrın əvvəlində mən rəsmənQarabağın “dövlət naziri” vəzifəsini tutacağam.

Sakinlər, siyasi və ictimai xadimlərlə, müxtəlif regionların və sosial qrupların nümayəndələri ilə ay yarımlıq görüşlər məni əmin etdi ki, insanlar mənim Qarabağın “dövlət naziri” vəzifəsinə namizədliyimi dəstəkləyirlər”, – Vardanyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*