“Vardanyan fürsətdən istifadə edib Ermənistanda hakimiyyəti ələ keçirə bilər” – Petrosyanbackend

"Vardanyan fürsətdən istifadə edib Ermənistanda hakimiyyəti ələ keçirə bilər" - Petrosyan

“Qarşıdan gələn seçkilər Ruben Vardanyan üçün yaxşı fürsətdir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Kadastr komitəsinin keçmiş rəhbəri Sərhat Petrosyan Facebook səhifəsində yazıb.

“Ruben Vardanyanın Qarabağdan uzaqlaşdırılması pisdir, çox pisdir. Lakin bu, şəxsən ona Ermənistanda, deməli, Qarabağda vəziyyəti dəyişmək imkanı verir.

İrəvanda keçiriləcək seçkilər onun və siyasi komandası üçün yaxşı fürsətdir.

Onlar əsl müxalif qüvvə kimi müəyyən insan potensialı toplayıb İrəvanda hakimiyyəti ələ keçirməklə müəyyən siyasi nəticə əldə etməyə hazırlaşsalar, uğur qazana bilərlər.
Görək onun addımları necə olacaq”, – deyə Petrosyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*