Vardanyandan SƏRSƏM AÇIQLAMA: “Qarabağımızı xilas edəcəyik, məğlub olmayacağıq”backend

Vardanyandan SƏRSƏM AÇIQLAMA: "Qarabağımızı xilas edəcəyik, məğlub olmayacağıq"

“Ambisiyaları atıb bir ideya ətrafında birləşməklə biz Qarabağı xilas edəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun bu gündən işə başlayacaq “dövlət naziri” Ruben Vardanyan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, öz ambisiyalarını atıb bir ideya ətrafında birləşsələr, Qarabağı “xilas edəcəklər”.

“Biz hamımız bir dağ və qaya olsaq, ambisiyalarımızı atıb, bir ideya ətrafında birləşsək, Qarabağımızı xilas edəcəyik, məğlub olmayacağıq. Və Qarabağın mənəvi dəyəri əsrlər boyu Qarabağ ermənilərinin siyasi və mənəvi toplaşma yeri olan Qandzasarda (Gəncəsər monastırı) hiss edilməli və tanınmalıdır.

Və mən xoşbəxtəm ki, dostlarıma Qandzasar monastır kompleksini ziyarət edirəm.

İndi bizim çatışmayan cəhətimiz budur: vətəni dərk etmək, tanımaq, hiss etmək və özümüz üçün ayağa qalxmaq”, – deyə Vardanyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Noyabr 4, 2022 - 11:30

    Bu şərəfsiz Qarabağa gələndə etiraz olunsaydı, Dövlət sərhədini qanunsuz keçdiyinə görə, Qarabağ ərazisində qanunsuz yaşadığına görə cinayət işi açılsaydı indi belə sərsəmləməzdi. Günah özümüzdədi. Həmişəki kimi yenə də gec addım atırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*