“Vardanyanın “istefa”sı məsələsi müzakirə olunur”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Qarabağdakı separatçı “parlamentin hakim fraksiyasının rəhbəri” Artur Arutyunyan bildirib.
O, separatçıların “dövlət naziri” Ruben Vardanyanın tezliklə “istefa”ya gedəcəyini açıqlayıb.
“Hazırda “dövlət naziri”nin istefası barədə heç nə deyə bilmərəm. Lakin Ruben Vardanyanın “istefa”sı ilə bağlı müəyyən müzakirələr var və onların nəticələri yaxın günlərdə məlum olacaq.
Vardanyan istefa versə, bu, Azərbaycanın tələbinin nəticəsi olmayacaq, sırf mövcud vəziyyətin imperativindən irəli gələn qərar ilə bağlı olacaq”, – deyə Arutyunyan bildirib.
Qeyd edək ki, Vardanyan “istefa” verəcəyi təqdirdə onu “baş prokuror” Qurgen Nersisyanın əvəz edəcəyi gözlənilir.
Xuraman Etibarlı,
KONKRET.az
