Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… – Deputatbackend

Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… - Deputat

Müharibə veteranlarına verilən 80 manat müavinət artırılsın.

KONKRET.az xəbər verir ki, bu təklifi deputat Əli Məsimli parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, müharibə veteranlarına verilən 80 manatın artırılması istiqamətində böyük gözlənti var.

Deputat pensiyaların verilməsində qrafikin dəyişdirilməsinin narazılıq yaratdığını da bildirib:

“Çünki pensiyaçıların banka, mağazalara, apteklərə borcları var. Elə olmalıdır ki, pensiyanı kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Eyni zamanda xeyli ailə var ki, onların gəlir mənbəyi pensiyadır. Əvvəlki qrafikə keçirilsə, xeyli insan məmun olar”

  • Sənan
    Noyabr 24, 2024 - 13:45

    Aliləde var ki tek rəsmi geliri 80 manatdır özünde elə bir mebləgdir ki hec ona banklar kredit de vermir birde bunu düşünün elə deyinənde pensiya alandır yeyən de özünə ürüyi isteyen şəraiti quranda nə düşünürsüz bu pensiyanın üstünə elə bir şərait yaradın ki cenc nesilnde yaşamağa həvəsi olsun çünki gələcəyin pensiya alanradı bunlar veteranların puluna qalanda mən dövlətimin yerinə xəcalət cekirem coxdu 80 manat bəlkə kesesiz araşdiıin görün 80 manatı alan hansı şəraitdə yaşayan tifillər var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*