Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Dövlət Yol Polisi şöbəsinin Yol Nəqliyyat hadisəsi üzrə inspektoru vəzifəsinə yeni təyinat olub.
KONKRET.az avtosfer.az-a istinadən xəbər verir ki, bu vəzifəyə polis leytenantı Tural Kamranzadə təyin olunub.
Qeyd edək ki, T. Kamranzadə bundan əvvəl Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin inspektoru vəzifəsində çalışıb.
