Vitali Balasanyana qarşı cinayət işi açıldıbackend

Vitali Balasanyana qarşı cinayət işi açıldı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Makinfo” nəşri məlumat yayıb.

Cinayət işinin korrupsiya ilə əlaqəli olduğu bildirilir. Məlumata görə, hazırda daha bir neçə iş üzrə materiallar hazırlanır.

Cinayət işinin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*