“Avropa İttifaqında su idarəçiliyi sahəsində təcrübəsi ilə seçilən ölkələrdən biri də Slovakiyadır”.
KONKRET.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Slovakiyanın Baş nazir müavini və ətraf mühit naziri Tomas Taraba deyib.
O, su qıtlığı sahəsində prioritetlərdən danışıb: “Biz hələlik ciddi su qıtlığı hiss etmirik. Amma şəhərlərə keyfiyyətli suyun necə çatdırılması ilə bağlı böyük təcrübəmiz var.
İcmaları necə dəstəkləmək və su idarəçiliyi baxımından kifayət qədər resurs təmin etmək barədə bilik və təcrübəmizi paylaşmaq prioritetimizdir.
Bu səbəbdən su siyasətinin beynəlxalq münasibətlərin əsas mövzularından birinə çevrilməsi bizim üçün mühümdür”.\\qafqazinfo.az
