Xalq artisti “bozqurd” göstərdi, Ərdoğan alqışladı – VİDEObackend

Xalq artisti "bozqurd" göstərdi, Ərdoğan alqışladı - VİDEO

Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində məhşur “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Azərin ifa zamanı “bozqurd” işarəsini göstərib. Onun bu hərəkəti tədbirdə iştirak edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən rəğbətlə qarşılanıb, onlar sənətçini alqışlayıblar.

Qeyd edək ki, Türkiyə millisinin müdafiəçisi Merih Demiral Avropa çempionatında 1/8 final mərhələsində Avstriyaya qarşı keçirilən oyunda (2:1) qol vurduqdan sonra “bozqurd” işarəsi göstərmişdi. O, bu hərəkətinə görə UEFA tərəfindən 2 oyunluq cəza alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*