Xanım boksçumuz Avropa Oyunlarında mübarizəni dayandırdıbackend

Xanım boksçumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, ilk qarşılaşmasında Tatevik Xaçatryanu (Ermənistan) məğlub edən yığmamızın üzvü 1/4 finalda Amina Zidani (Fransa) ilə gücünü sınayıb.

Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbəsi ilə başa çatıb və təmsilçimiz yarışla vidalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*