Beynəlxalq ictimaiyyət Laçın dəhlizi ilə bağlı yaranmış vəziyyətə görə narahatdır.
KONKRET.az xəbər verir ki, bu sözləri sentyabrın 14-də Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bildirib.
“Qarabağa humanitar ləvazimatların daxil olması və əlavə çatdırılmaların təmin edilməsi üçün bütün mümkün diplomatik səylər göstərilir. Bu danışıqlarda və müzakirələrdə Qarabağın nümayəndələrinin də tam şəkildə iştirak etdiyini vurğulamaq vacibdir. Biz ümid etməliyik ki, Bakı ilə Xankəndi arasında etibarlı beynəlxalq dialoq mexanizmi yaradılacaq”, – Paşinyan deyib.
Paşinyan əlavə edib ki, İrəvan Xankəndidən olan həmkarlarını belə dialoqa təşviq edir və çağırır.
Ariz Həsənoğlu,
KONKRET.az