
Monqolların dünyanın dörd bir tərəfindən könüllü aksiyası davam edir.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Kanadada işləyən və yaşayan Monqolustan vətəndaşları yeni koronavirus üçün profilaktik tədbirləri dəstəkləmək üçün xeyriyyə kampaniyasına start verib.
Yeddi gün ərzində təşkil olunan bu kampaniya nəticəsində 20-dən çox vətəndaşdan təxminən 2200 dollar toplanıb. Fövqəladə Hallar Dövlət Agentliyindən verilən məlumata görə, maliyyə yardımı bu gün Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına verilib.
Enerji Tənzimlənməsi Departamentinin işçiləri və İnkişaf Bankının bir filialı olan “DB Lizinq” MMC-nin bütün işçiləri Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına bir aylıq maaşlarını bağışlayıblar.
Monqolustan Pedaqoji Universiteti Dövlət Fövqəladə Komitəsinə 12,700 dollar vəsait köçürüb.
