Xavi də COVID-19-a yoluxdubackend

Xavi də COVID-19-a yoluxdu

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bunu Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olan ispan mütəxəssis özü sosial şəbəkədəki paylaşımı ilə açıqlayıb.

O bildirib ki, koronavirus testinin nəticəsi pozitiv çıxıb:

“Koronavirus testimin nəticəsi müsbət oldu. Xoşbəxtlikdən tam qaydasındayam, amma protokola uyğun hərəkət edəcəyəm. Tam sağalana qədər karantində qalacağam. Hamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*