Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin fəaliyyəti ön planda olan hazırkı vəziyyətə adekvat deyil.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
Ohanyan baş nazir Nikol Paşinyanın bir gün əvvəl parlamentdə verdiyi bəyanatı kəskin şəkildə tənqid edib.
Ermənistan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün bütün diplomatik tədbirləri görür, lakin onlar parlamentin tribunasında başqa üsullardan danışmırlar.
“Hökumət parlamentin tribunasından təhlükəsizlik tədbirləri ilə bağlı təfərrüatları açıqlaya bilməyəcəyini deyəndə, bu o deməkdir ki, cəmiyyətlə necə işləmək lazım olduğunu bilmir.Dünən hökumətə verilən sual-cavab bir daha həqiqəti ortaya qoydu”, – Ohanyan bildirib.
Hakimiyyət cəbhə xəttindəki vəziyyəti dəqiq qiymətləndirməli, bütün bunları müxtəlif səviyyələrdə: Baş Qərargahda, Müdafiə Nazirliyində, Təhlükəsizlik Şurasında müzakirə etməli, bunun əsasında tədbirlər görməlidir.
Ohanyanın fikrincə, hökumətin fəaliyyətinin indiki vəziyyətə bərabər olmadığını ölkə daxilində aparılan işin timsalında görmək olar. Hakimiyyət cəbhə xəttini təchiz etmək, mühəndis-tikinti işləri üçün bütün resurslardan istifadə etmək əvəzinə, bu potensialı asfalt yollara yönəldir. Ordunun imkanlarını gücləndirmək əvəzinə, yeni polis xüsusi təyinatlıları yaradaraq, polisi “sıfırdan” geyindirir, heyətinə qatır. Ölkənin bütün potensialı ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə və artırılmasına yönəldilməlidir. Bu proses təkcə Ermənistanda deyil, həm də dost ölkələrdə müntəzəm hərbi təlimlərə paralel getməlidir.Sabiq nazir qeyd edib ki, o,cəmiyyəti qorxutmaq istəmir, sadəcə olaraq mənəviyyat və müqavimət qabiliyyətini yüksəltməyə çalışır.
Ariz Həsənoğlu,
KONKRET.az