“Xəzər” TV-də kütləvi işdən çıxarılma – Murad Dadaşov islahatlara davam edirbackend

“Xəzər” TV-də kütləvi işdən çıxarılma - Murad Dadaşov islahatlara davam edir

“Xəzər” televiziyasında kütləvi işdən çıxarılma başlayıb.

KONKRET.az xəbər verir ki, baş direktor Murad Dadaşov islahatlara start verib, işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib.

Belə ki, Maliyyə departamenti tam tərkibdə yeniləcək. Departamentin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər.

Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar. Onlar arasında reklam mütəxəssisi Vüsal Nəbiyev də var.

Xatırlatma: SOCAR-ın təsisçiliyi ilə yaradılan “SOCAR Media” İctimai Birliyi martın 5-də “Xəzər TV” MMC-nin təsis paylarını alıb. Sonra isə televiziyaya icraçı direktor Xalq artisti Murad Dadaşov təyin edilib.

Qeyd: “Xəzər TV”-nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub./pravda.az/

  • Gülşən
    Aprel 19, 2020 - 03:37

    Murad Dadaşov hara Şamxal Həsənli hara. MURAD DADAŞOV HƏRTƏRƏFLİ PEXTƏLƏŞMİŞ. DÜNYA SƏVİYYƏLİ.NÖQTƏNİ VERGÜL. VERGÜLÜ NÖQTƏYƏ ÇEVİRMƏYƏ BACARAN ŞOUMEN. SƏNƏTÇİ. DEYİM. KÜTLƏNİ ARXASINCA APARSN ADAM DEYİM. ODUR Kİ. İNANITAM Kİ. YENİLİKLƏR GÖXLƏYİRƏM.

    • Rafət
      Avqust 5, 2021 - 11:29

      Əvvəlin duz dediz Murad hara Şamxal Həsənli hara, əslində vergulundə nöqtəsində əxlaqında, qanacaqinda mərifətində ,hər şeyin yerini bilən Şamxal Həsənli idi, Murad yox

  • Sohrab
    Aprel 19, 2020 - 09:32

    Salam Murad bəy sizdən xahiş edirəm xəzər tv də yayımlanan bəzi verilişləri baglayın bəzi aparıcılar özlərini ailəsini reklam edir Xoşqədəmin səsi gələndə adam əsəbləşir

  • Amid.Məmmədov
    Aprel 19, 2020 - 12:48

    Ən çox ada layiq vəzifəyə layiq insan Murad Dadaşov du çünki çox mərifətli insandı abırlı həyalı insandı inanıramki əxlaqsızları Xəzərə buraxmayacaq.

    • Rafət
      Avqust 5, 2021 - 11:32

      İndidə əvvəlki fikirdədir?

      Yoxsa bu statusu yazmaqa pesmansiz?

      Əslində Murad Xəzərə gələndə elə yanında bir əxlaqsız gətirmişdi, sonra onların sayı 💯 lərlədi

  • Aysel
    Aprel 19, 2020 - 17:15

    Xəzər tv Murad Dadaşov sayəsində bəzi səviyyəsizlərdən təmizlənəcək

  • Ənvər
    Aprel 19, 2020 - 19:07

    Tək Xəzər TV deyil, ümumiyyətlə televiziyalarımızda köklü islahatlar getməlidi. Yaradıcılıq adına tv lərdə heç bir iş görülmür. Bəsit bayağı gülüşdən başqa. İnanıram Murad bəy və digər tv rəhbərləri islahatlar zamanı bunu nəzərə alacaqlar.

  • Ramil
    Aprel 19, 2020 - 19:28

    Salam hörmetli Murad bey sizin pesekarliginiz her kese bellidir. Sizden xahis edirik Xosqedemin verlisini bağlayın ve Xoşqedemin özünüde Xezer tv den ixtisar edin

  • Nəsimi
    Aprel 22, 2020 - 18:46

    Çox xahiş edirəm xəzər səhərin aparıcılarınada əl qatasınız…Xəbərlər qalır qıraqda,onlar 2 qonşu tək qeybət edənlərə bənzəyirlər

  • Vahid
    Aprel 25, 2020 - 09:02

    Heç kim narahat olmasın, tezliklə Murad Dadaşov “Xəzər tv”ni SOCAR -ın şöbəsinə çevirəcək, hələ bəlkə erməni dilində verilişlər də hazırladılar. Axı SOCAR-ın sahibi neçə illərdir erməni kilsələrini də pulsuz qazla təmin edir.

Gülşən üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*