XİN-dən xaricdə qalan vətəndaşlarla bağlı – Açıqlamabackend

XİN-dən xaricdə qalan vətəndaşlarla bağlı - Açıqlama

Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı Vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq.

KONKRET.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, Rusiyada qalan azərbaycanlılar ölkəyə gətirilir: “İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirildi. Növbəti mərhələdə də digər şəxslərin ölkəyə gətirilməsi üçün işlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*