Xocavənddə Qarabağ separatçısı MİNAYA DÜŞDÜbackend

Xocavənddə Qarabağ separatçısı MİNAYA DÜŞDÜ

Qarabağda RSK-nin müvəqqəti yerləşdiyi ərazidə erməni separatçı minaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına qondarma qurumdan məlumat verilib.

Bildirilib ki, aprelin 2-də saat 15:35-də Xocavənd rayonunun Karmir Şuka inzibati ərazisinin meşə zolağında mina partlayıb.

Hadisə yerinə separatçı rejimin “polis”ləri cəlb olunub. Məlum olub ki, Karmir bazarının 3 erməni sakini təmas xəttinə yaxın ərazidə qulançar yığmağa gedib. 1997-ci il təvəllüdlü separatçı minaya düşərək xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, onun sol ayağı travmatik amputasiya olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*