Mixail Xodorkovski “hərbi saxtakarlıq” maddəsi ilə yenidən axtarışa verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hələ ötən ilin sentyabrında uzun müddət həbsdə yatmış və prezidentin əfvindən sonra Rusiyanı tərk etmiş YUKOS-un keçmiş ortaq sahibinə qarşı yenidən cinayət işi açılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (silahlı qüvvələrin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması).
TASS-dakı mənbə iddia edir ki, işin başlanmasına səbəb Xodorkovskinin “xüsusi hərbi əməliyyat” zamanı həlak olan əsgərlərə ödənişlər barədə şərhi olub.
“Verstka” nəşrinin yazdığına görə, səbəb başqadır – Xodorkovskinin X sosial şəbəkəsindəki ingilisdilli hesabında Rusiya maliyyə nazirinin müavini İrina Okladnikovanın baş nazirin müavini Dmitriyə göndərdiyi iddia edilən sənədin fotoşəkili ilə yazı olub (Yazı indi bloklanıb). Yayımlanan fotoya görə, 2022-ci il avqustun ortalarına qədər Ukraynadakı müharibədə 48 759 rus əsgərinin öldürüldüyü iddia edilir.
İndiyədək Xodorkovski Nefteyuqansk meri Vladimir Petuxovun qətli ilə bağlı 2015-ci ilin sonunda açılan cinayət işi ilə bağlı axtarışda idi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
