“Xutor”da narkotik satan daha 13 nəfər tutuldu – VİDEObackend

“Xutor”da narkotik satan daha 13 nəfər tutuldu - VİDEO

“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb.

Bu şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*