“Yalnız slavyanlar üçün” – Rusiya bu sözə qadağa qoydubackend

Yalnız slavyanlar üçün” – Rusiya bu sözə qadağa qoydu

Moskvanın Doroqomilovski Məhkəməsi “yalnız slavyanlar üçün” sözləri ilə başlayan iş vakansiyalarını əks etdirən elanlarla bağlı qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, məhkəmənin qərarı ilə “VKontakte” sosial şəbəkəsində “yalnız slavyanlar üçün” adı altında vakansiyaları bildirən elanlar dərhal silinəcək. Məhkəmə bu qərarı prokurorluğun vəsatəti əsasında qəbul edib.

Qeyd edək ki, elanlar tikinti sahəsində, çörək sexində və geyim mağazasında iş təklif edirdi.

2023-cü ilin iyulunda Rusiya prezidenti Vladimir Putin insanları milli mənsubiyyətinə görə aşağılayan məlumatların yayılmasına qarşı əlavə tədbirlərin görülməsinə göstəriş verib. Bu məsələyə cavabdeh baş prokuror İqor Krasnov və Roskomnadzorun rəhbəri Andrey Lipov təyin edilib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*