Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası dünən keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Hazırki siyahıya əsasən hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə 68 nəfərlə təmsil olunacaq.
Maraqlıdır ki, hakim partiya 2020-ci ildə keçirilmiş seçkilər zamanı parlamentdə 70 yer qazanmışdı.
Maraqlıdır, YAP-ın 2 yer itirməsinin səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin yeni seçilən üzvü Elşad Musayev YAP-ın təmsilçilik sayının azalmasının səbəbini açıqlayıb:
“YAP ölkənin aparıcı qüvvəsidir. Əllərində resurslar çox olduğuna görə, bundan rahatlıqla istifadə edirlər. Vurğulamaq yerinə düşər ki, Qarabağ zəfərindən sonra ölkə prezidentinə inam daha da artıb. Onların namizədləri bundan istifadə etməyə çalışırdılar. Lakin bu, bizi ruhdan salmadı. Biz ölkədə ən aktiv kampaniya aparan komanda idik. Əzmkar mübarizə və təşviqat sayəsində YAP parlamentdə yer itirdi. Mübarizəmizi bundan sonra da davam etdirəcəyik. Çalışacağıq ki, növbəti seçkilərdə daha çox yer qazanaq”.
Məlik Məlikov,
KONKRET.az