Yapon youtuberin Azərbaycan haqqında təqdimatı 180 mindən çox izləyici topladı – VİDEObackend

Yapon youtuberin Azərbaycan haqqında təqdimatı 180 mindən çox izləyici topladı - VİDEO

Yaponiyada tanınmış yutuber, “Cross Border Club 3.0” YouTube kanalının meneceri Kazuyasu İşidanın Fukuşima şəhərində Azərbaycan haqqında etdiyi təqdimat barədə videosu bir həftə ərzində 180 mindən çox izləyici topladı.

KONKRET.az Yaponiyanın “AJMEDIA News Portal” media resursuna istinadla xəbər verir ki, yanvarın 22-də Fukuşima şəhərində təşkil edilən görüşdə K.İşida Son illər Yaponiyada da yaxşı tanınmağa başlayan Azərbaycan, onun coğrafi mövqeyi, müstəqilliyin bərpasından sonra əldə etdiyi böyük uğurlar, II Qarabağ müharibəsi, ötən il 30 illiyi qeyd edilən Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin iki dost xalqı bir-birinə daha da yaxınlaşdırılması barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təminatında oynadığı rol, BTC əsas ixrac neft, Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələrindən də geniş bəhs olunub. Avropa Şurası ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranının aradan qaldırılması məqsədilə ölkəmizin Avropa ölkələrinə qaz ixracını qısa müddətdə iki dəfəyə yaxın artıracağı qeyd edilib. Eyni zamanda, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında oynadığı mühüm roldan bəhs olunub. Bütün bu addımların Azərbaycanı həm Avropada, həm də Asiyada etibarlı tərəfdaş kimi tanıdıb.

K.İşidanın “Cros Border Club 3.0” youtube kanalında görüş barədə paylaşdığı 45 dəqiqəlik video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, bu video bir sıra youtube kanallarında və saytlarda 20 dəfədən çox təkrar paylanıb.

Yeri gəlmişkən, “Cross Border Club” YouTube kanalının Yaponiyada 140 mindən çox abunəçisi və 500 mindən yuxarı izləyicisi var.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*