Yaponiya Baş nazirinin çıxış edəcəyi yerdə PARTLAYIŞ OLDU – VİDEObackend

Yaponiya Baş nazirinin çıxış edəcəyi yerdə PARTLAYIŞ OLDU - VİDEO

Bu gün Yaponiyanın qərbindəki Vakayama prefekturasında Baş nazir Fumio Kişidanın çıxışından əvvəl güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb .

Qeyd olunub ki, hökumət başçısı təxliyə olunaraq Vakayama Polis Departamentinə aparılıb.

Bildirilib ki, Kişidanın çıxışından əvvəl naməlum şəxs tüstü bombasına bənzəyən əşyanı atıb və sonra partlayış baş verib. Hadisə zamanı hökumət başçısı hakim Liberal Demokrat Partiyasından olan namizədlə söhbət edirmiş.

Hadisədən sonra şübhəli şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*