Yaponiyanın Kioto Universiteti qandan alınan induksiya edilmiş kök hüceyrələrin (iPS hüceyrələri) satışına başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, hüceyrələrdən müxtəlif orqanların toxumalarını yetişdirməkdə və dərman preparatlarının hazırlanmasında istifadə ediləcək.
Qeyd olunub ki, 50 min yen (380 dollar) dəyərində olan bir dəstdə təxminən 200 min kök hüceyrə var.
Məlumata görə, sifarişin hazırlanması və müştəriyə göndərilməsi bir həftədən çox vaxt aparır.
“Ümid edirik ki, bizim təşəbbüsümüz müxtəlif tədqiqatların aparılmasına kömək edəcək, onların nəticələri xəstələrin müalicəsində istifadə olunacaq”, – universitetin nümayəndəsi deyib.
Buna baxmayaraq, bir sıra mütəxəssislərin fikrincə, toxumaların transplantasiyası bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.
İqbal Rzayev,
KONKRET.az
