Yaponiya Rusiyanın baş nazirinə sanksiya TƏTBİQ ETDİbackend

Yaponiya Rusiyanın baş nazirinə sanksiya TƏTBİQ ETDİ

Yaponiya hökuməti Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yenilənmiş sanksiya siyahısına Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliev, LXR və DXR liderləri, habelə iş adamı Gennadi Timçenkonun qohumları da daxil olmaqla 133 nəfərə aid edilib. Sanksiyalara məhdudiyyətlər, o cümlədən aktivlərin dondurulması daxildir.

Yaponiya həmçinin müdafiə sektoru ilə əlaqəli şirkətlərin siyahısını genişləndirərək əlavə ixrac sanksiyaları tətbiq edib. Siyahıya “Almaz-Antey” və “Taktik Raket” Korporasiyası da daxil olmaqla 70 yeni şirkət əlavə edilib.

Belə ki, Yaponiyanın sanksiya siyahılarına artıq 700-dən çox Rusiya Federasiyası, Belarus, LPR və DXR vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatı daxildir.

Qeyd edək ki, Yaponiya daha əvvəl Rusiyaya qarşı bir neçə sanksiya paketini açıqlayıb.

Rusiyada ölkə rəhbərliyinin nümayəndələri, məmurlar və iş adamları fərdi sanksiyalara məruz qalıblar. İxrac edilməsi qadağan edilən mal və texnologiyaların siyahısına 300 adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir.

Bundan əlavə, Yaponiya bir neçə Rusiya bankının aktivlərini dondurub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*