Yaponiya sakinləri “Fukusima” AES-ə görə hökuməti məhkəməyə VERİRbackend

Yaponiya sakinləri “Fukusima” AES-ə görə hökuməti məhkəməyə VERİR

Yaponiyanın Sakit okean sahillərində yerləşən Fukusima, Miyaqi və İbaraki prefekturalarının sakinləri sentyabrın 8-də qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-dən təmizlənmiş suyun okeana axıdılmasının dayandırılması üçün hökumətə qarşı iddia qaldırmaq niyyətindədirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bundan əlavə, AES-in operatoru “Tokyo Electric Power” enerji şirkətinə qarşı da iddia qaldırılacaq.

İddiaçıların fikrincə, suyun axıdılması zərərli maddələrin yayılmasına səbəb olacaq və rayon sakinlərinə ziyan vuracaq.

Qeyd olunub ki, məhkəməyə müraciət etmək istəyənlər arasında yerli balıqçılar da var.

Xatırladaq ki, bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida suyun axıdılmasına avqustun 24-də başlanacağını açıqlayıb.

Məlumata görə, atom elektrik stansiyasından okeana təxminən 31,2 min ton təmizlənmiş su axıdılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*