Yaponiya hökuməti BRİKS sammitində səslənən bəyanatı, o cümlədən birtərəfli sanksiyaların ləğvi çağırışını şərh etməyib. Bununla belə, onlar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərini davam etdirmək niyyətindədirlər.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya hökumətinin rəsmisi Kazuiko Aoki deyib. Eyni zamanda, Aoki Ukraynadakı vəziyyətlə bağlı Tokionun mövqeyinin dəyişməz olduğunu bildirib və Rusiyanı qınayıb: “ Yaponi hökuməti Ukraynaya dəstəyini davam etditəcək və Rusiyaya qarşı sanksiyaları saxlayacaqar”, -deyə Aoki bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az