Yaponiyada “Hinnamnor” qasırğası  təşviş yaratdı – FOTObackend

Yaponiyada “Hinnamnor” qasırğası təşviş yaratdı - FOTO

Yaponiyanın Okinava adasına yaxınlaşan “Hinnamnor” qasırğası bölgədə güclü külək və yağışlara səbəb olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qasırğanın təsirini göstərməyə başladığı Okinava əyalətində evdə qalmaqdan qorxan insanlar bazarlara axışıb.

Bir çox məhsulların alınması səbəbindən market rəfləri boş qalıb.

Yaponiya Meteorologiya İdarəsi (JMA) bu gün qasırğanın Miyakojima adasının 250 kilometr cənubunda saatda 25 kilometr sürətlə cənub-qərbə doğru irəlilədiyini açıqlayıb.

İdarə qasırğanın sabaha qədər saatda 108 kilometrə qədər küləklərə səbəb olacağı barədə xəbərdarlıq edib.

Şənbə günü isə küləyin sürətinin 144 ilə 180 kilometr arasında dəyişə biləcəyi bildirilib.

Yerli hakimiyyət riskli ərazilərdə yaşayan sakinləri evakuasiya əmrlərinə hazır olmağa çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*