Yaponiyada ölən böcəklərə yas saxladılarbackend

Yaponiyada ölən böcəklərə yas saxladılar

Yaponiyada “Eart Corporation” şirkəti Medoji məbədində tədqiqat zamanı ölən böcəklərin şərəfinə illik mərasim keçirib.

KONKRET.az xəbər verir ki, məhsulların effektivliyini yoxlamaq üçün şirkət öz tədqiqat mərkəzində müxtəlif növ həşəratlardan istifadə edir.

Bu zaman həşəratların əksəriyyəti ölür. Şirkət sınaq üçün xüsusi böcəklər yetişdirsə də ölən həşəratların məhv edilməsini qəbul etmir. İllik anım mərasimində din xadimləri onlarla ölü böcəyin fotoşəkilləri qarşısında dualar oxuyur. “Qurbangahın” yanında ağcaqanadların, gənələrin, milçəklərin və tarakanların təsvirlərinə baxıb göz yaşı axıdanların sayı isə yüzlərlədir. Amma insanların çoxu minlərlə böcəyin “qurban” getməsini normal qəbul edir. Onlar hesab edirlər ki, ölən böcəklər elm yolunda canlarını “fəda” edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*