Yasa gedərkən qəzaya düşdülər – Yaralılar varbackend

Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var

Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər.

KONKRET.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda  sürücünün avtomobildən  çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*